06 noyabr 2019 17:16
3048

Qazmaçılar “Neft Daşları” yatağının 70 illik yubileyini qeyd ediblər - FOTO

Dünən SOCAR-ın Kompleks Qazma İşləri Trestində “Neft Daşları” yatağının 70 illik yubileyi münasibətilə tədbir keçirilib. “İki sahil” xəbər verir ki, Trestin müdiri Əliş Həsənov “Neft Daşları” yatağının yaranma tarixindən və qazmaçıların keçdiyi şərəfli yoldan danışıb.

Sonra “Neft Daşları” yatağının 70 illik yubileyi münasibətilə trestin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin (HİK) birgə təşkilatçılığı ilə Neft Daşlarında  uzun müddət işləmiş və hazırda işləməkdə davam edən 8 işçiyə qiymətli hədiyyələr və diplomlar təqdim olunub.

HİK-in sədri Əhmədağa Əzizov, trestin baş mühəndisi Şəmiddin Cahandarov, istehsalat üzrə müdir müavini Səday Allahverdiyev ötən 70 ildə qazanılan uğurlardan danışıblar. Təltif olunan qazmaçı Fikrət Quliyev, qazmaçı köməkçiləri Əhməd Eyvazov və Babək Məmmədov trestin və şirkətin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Ə.Həsənov həmçinin 20 Sentyabr-Neftçilər günü münasibətilə 3-cü dərəcəli “Əmək ordeni” ilə təltif olunmuş trestin istehsalat üzrə müdir müavini Səday Allahverdiyev və 12 saylı DSÖ-nün rəis müavini Şahsuvar Muxtarova,  “Tərəqqi” medalı ilə təltif olumuş qazma ustası Eldar Əkbərov və qazmaçı Zaman Əliyevə, “Fəxri neftçi” döş nişanı ilə təltif olumuş trestin baş mühəndisi Şəmiddin Cahandarov, dəniz nəqliyatı şöbəsinin rəisi Mürşüd Kərimov və “Qaradağ”, “Qalmaz” İstehsalat Bölümünün rəis müavini Nurəddin Hacıyevə və SOCAR-ın Fəxri fərmanı ilə təltif olunmuş 7 nəfərə mükafatları təqdim edib.  

Qeyd edək ki, həmin gün uzun müddət Neft Daşlarında qazma sahəsində çalışmış 11 veteran-neftçi ilə görüş təşkil edilib, onlara qiymətli hədiyyələr təqdim olunub.