25 may 2019 11:58
540

Qəbiristanlıqda motokros yarışları üçün salınan yol narazılıq yaradıb

Şimali İtaliyanın Trevizo şəhəri yaxınlığında Birinci Dünya müharibəsi dövrünə aid qəbiristanlıq üzərində motokros yarışları üçün salınan yol qalmaqala səbəb olub.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, Cavera-del-Montello kommunasında tras salındıqdan sonra yerli sakinlər polisə şikayət edib.

Qeyd edək ki, bu ərazidə müharibəsinin onlarla naməlum iştirakçısı dəfn olunub.