16 may 2019 11:50
1037

Qırmızı xalçaya elə paltarda çıxdı ki... - FOTO

Tina Kunaki, Culiana Mur, Alessandro Ambrossio, Karla Bruni və başqaları 72-ci Kann Festivalının 2-ci günündə təmtəraqlı libasları ilə fotoqraflar qarşısına çıxaraq poza verib.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, festivalın ikinci günündə fransız rejissoru Ladca Linin “Səfillər” adlı böyük ekran işi təqdim olunub. Rejissorun filmini izləməyə və onu dəstəkləməyə gələnlər arasında aktrisa Culiana Mur, Karla Bruni, El Fenninq, Ember Herd, Alessandro Ambrossio və başqaları olub.

Dərin yarıqlı libasları ilə yarışa girən ulduzlar arasında 38 yaşlı model Alessandro Ambrossio qırmızı paltarı sayəsində gecənin diqqət çəkən xanımı olub. Gecəyə geyimləri ilə xüsusi gözəllik gətirən ulduzların obrazları ilə aşağıda tanış ola bilərsiniz.