21 yanvar 2021 17:10
462

Qiymətləndirmədə iştirak etməyən şagirdin qiyməti “0” yazılacaq

Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova şagirdlərin əyani qiymətləndirmədə iştirak edib-edə bilməyəcəyi məsələsinə münasibət bildirib. 

“İki sahil” xəbər verir ki, bunu Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə məlumat verən Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib, 27 yanvara qədər keçirilən qiymətləndirmədə bu, mümkün olmayacaq: “Qiymətləndirmədə iştirak edə bilməyən şagirdin adının qarşısına “q” hərfi yazılacaq, yəni qaib qoyulacaq. Növbəti bir ay ərzində şagird əyani şəkildə qiymətləndirmədə iştirak edə bilər. Həmin müddətdə qiymətləndirmədə iştirak etməyən şagirdin birinci yarımil üçün qiyməti “0” yazılacaq”.