03 yanvar 2019 11:17
1827

Qızıl sikkələr aşkarlanıb VİDEO

Ölkəyə qızıl sikkələr gətirmək istəyən şəxs saxlanılıb

Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “İki sahil”ə daxil olan məlumata görə, şəxsi yoxlama zamanı onun əynindəki gödəkçənin sağ və sol ciblərindən, hər cibində 1 ədəd olmaqla, cəmi 2 ədəd bağlamada gömrük nəzarətinə bəyan edilməyən 54 ədəd, arxa tərəfində “10 rubl 1899” , 7 ədəd arxa tərəfində “10 rubl 1900”, 1 ədəd arxa tərəfində “10 rubl 1901 ” və 2 ədəd arxa tərəfində “10 rubl 1902” yazıları həkk olunan, ümumilikdə 549 qram olan qızıl sikkələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.