24 yanvar 2021 13:57
975

Qobustan Qoruğunu ziyarət edə biləcəksiniz

“Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 25 yanvar 2021- ci il tarixindən fəaliyyətini bərpa edəcək. Qoruq hər gün saat 10:00-dan saat 18:00-dək ziyarətçilər üçün açıq olacaq. Ziyarətçilər sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə riayət etməklə, 10 nəfərdən artıq olmayan qruplarla qoruğu ziyarət edə bilərlər. Qoruq ərazisinə daxil olarkən tibbi maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir”.

“İki shail”in məlumatına görə, bu barədə Qobustan Milli Tarix- Bədii Qoruğundan bildiriblər.