14 dekabr 2019 17:30
865

Qondarma “erməni soyqırımı” məsələsini siyasətçilər deyil, tarixçilər araşdırmalıdır

ABŞ Senatının 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması ilə bağlı qəbul etdiyi qətnamə əsassızdır və təəssüf hissi yaradır.

Bu fikri AZƏRTAC-a məxsusi müsahibəsində Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə söyləyib.

Səfir qeyd edib ki, qondarma “erməni soyqırımı” məsələsini siyasətçilər deyil, tarixçilər araşdırmalıdır.

“Türkiyənin bu məsələdə mövqeyi bəllidir. Tarixçilərdən ibarət ortaq komissiya yaradılmalıdır və arxivlər açılmalıdır. Türkiyə buna tam hazırdır. Arxivlərlə bağlı erməni tərəfinə ortaq komissiyanın yaradılması təklifimiz hələ də aktualdır”, - deyə səfir əlavə edib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin dörd partiyası birgə qərar qəbul edərək Senatın qətnaməsinin əsassız olduğunu bildirib.

Qərarda ABŞ Senatının tarixi həqiqətləri təhrif etmək istəyi ilə beynəlxalq hüququn əsas qaydalarına məhəl qoymaması pislənilib. Bildirilib ki, Türkiyə Böyük Millət Məclisi qondarma “erməni soyqırımı” ilə bağlı qərarı təəssüflə qınayır və qəti şəkildə rədd edir.