04 dekabr 2020 16:01
808

Qubadlıda şəhidlərin xatirəsi anılıb VİDEO

Vətən müharibəsi şəhidlərinin xatirəsi işğaldan azad edilmiş Qubadlı şəhərində hərbçilərimiz tərəfindən yad edilib.

"İki sahil" report-a istinadən xəbər verir ki, hərbçilərimiz sayğı duruşunda dayanaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş hərbçilərimizi bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 4 dekabr saat 12:00-da bütün Azərbaycan ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.