12 iyun 2019 20:55
309

Qüdrətli Azərbaycan Qurtuluş tarixinin əzəmətli bəhrəsidir

Hər millətin bir qurtuluş tarixi var və həmin tarixi elə o xalqın sırasından fədakarcasına çıxmış lideri yaradır. Əslində böyük qələbələri güclü dövlətlər yaradır tendensiyasına güvənərək demək olar ki, indi iqtisadi-siyasi inkişafını sosial-mədəni tərəqqiyə çevirərək özünün Avropaya inteqrasiyasını sürətləndirən Azərbaycan dövləti mövcuddur. Təbii ki, bütün bunların təməli məhz 15 İyun-Milli Qurtuluş Günündən ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikaya rəhbərliyə qayıdışından başlayır.

Hər bir xalq yalnız o zaman öz intellektual qabiliyyətini, arzu, istək və milli ideyalarını həyata keçirə bilir ki, onun suverenliyinə, ərazi bütövlüyünə, maddi və mənəvi sərvətləri üzərində sahibliyinə, insan hüquqları və azadlıqlarına təminat verən müstəqil, hüquqi, dünyəvi dövləti olsun.  Bu bir həqəqətdir ki, indiki müstəqil, inkişaf edən, qüdrətli Azərbaycan ümummilli lider Heydər Əliyevin millətə ən böyük əmanətidir. Qurtuluş  tariximizin  başlanğıcını  qoyan  Ümummilli Liderimiz Azərbaycanı xilas etdi, vətəndaş həmrəyliyinin  əsaslarını  yaratdı, insanlarda gələcəyə inam, əzm  və  iradə,  qurub-yaratmaq eşqini bərpa etdi.  ifşa edir, onların əsl simasını dünyaya nümayiş etdirirdi.

Ulu Öndərin misilsiz dövlət xadimi kimi  ölkəni və xalqı   hətta ümidsiz hesab olunan və heç kəsin gözləmədiyi ən çətin vəziyyətlərdən çıxış yolu  tapmaq bacarığı var idi. Bu  is onda bir allah vergisi hesab olunurdu. Filosoflardan birinin dediyi kimi, “bir dəyərlər sistemindən digər dəyərlər sisteminə keçmək üçün üç nəsil dəyişməlidir.” Bu mənada, Ümummilli Liderin qarşısında həmin böyük zamanı qısaltmaq kimi çox ağır və məsuliyyətli bir vəzifə dururdu. Xalq isə ona inanırdı. İnanırdı ki, o bu dövrü qısa müddətdə, həm də uğurla keçəcəkdir. Onun dərin düşüncəsi, əqli və zəkası, uzaqgörən siyasəti nəticəsində ölkəmiz qısa müddətdə beynəlxalq  təşkilatlara üzv seçildi, Avropaya inteqrasiyası sürətləndi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilərək Xəzər neftinin dünya bazarına çıxarılması böyük dövlət adamı Heydər Əliyevin neft strategiyasının təntənəsidir. Eyni zamanda, 35 ölkəni birləşdirən Böyük İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin reallaşması Ulu Öndərin xalq və millət qarşısında digər böyük xidmətlərindəndir. Ümummilli lider Heydər Əliyev ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi üçün dərhal ordu quruculuğunu həyata keçirməyə başladı. Onun milli ordumuzu qısa müddətdə formalaşdırması, daxildə yaratdığı ictimai-siyasi sabitlik 1994-cü ildə Ermənistanı atəşkəsə məcbur etdi. Ulu Öndər  insanlara üz tutaraq tam səmimiyyətlə deyirdi: “Biz düz yolla-haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, demokratiya yolu ilə, həqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik. Tutduğumuz bu yol bizi Azərbaycanın çox gözəl gələcəyinə aparıb çıxaracaqdır.”

Ümummilli Liderin ölkəyə ən böyük töhfələrindən biri də onun siyasi məktəbində böyük dövlət adamı kimi yetişmiş Prezident İlham Əliyevdir. Cənab Prezident bu gün ölkəmizin inkişafı üçün çox əhəmiyyətli işlər görür. Azərbaycan dövlətinin müsəqilliyini qoruyub saxlayaraq möhkəmləndirməsi, eyni zamanda, iqtisadi tənəzzüldən, iqtisadi dirçəlişə qədər yol keçməsi Ümummilli Liderin adı ilə bağlıdırsa, Azərbaycanın bu gün dünyada  lider ölkəyə çevrilməsi isə Prezident İlham Əliyevin qlobal siyasətə, modern dövlət quruculuğuna üstünlük verməsinin nəticəsidir. Ümumiyyətlə, Heydər Əliyevin siyasi varislik prinsipi özünü bu gün tam olaraq doğruldub. Onun 2003-cü ildə ölkə ictimaiyyətinə müraciət edərək dediyi: “İnanıram ki,  mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri  sizin köməyiniz və dəstəyinizlə  İlham Əliyev başa çatdıracaqdır” fikirləri bu gün özünü tamamilə təsdiqini tapmışdır. Bu bir qürurverici gerçəklikdir ki, Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətinə hörmətini, ehtiramını hər zaman ifadə edir və nə qədər müstəqil Azərbaycan dövləti, xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaq.

Fəqət Şadlinskaya,

YAP Bərdə rayon təşkilatının sədri