06 dekabr 2019 13:51
532

Qusar ziyalısı: Bu təşəbbüs illər sonra da minnətdarlıqla xatırlanacaq

Bu xeyirxah təşəbbüs rayonumuzun yaşıllaşmasına və gözəlləşməsinə öz töhfəsini verəcək. Mən bir Qusar sakini olaraq ekoloji mühitin qorunması baxımından olduqca əhəmiyyətli olan bu aksiyaya həvəslə qoşulmuşam. Hər bir rayonda yaşıllıqların salınmasına böyük ehtiyac var. Bizim rayona hər il minlərlə əcnəbi turist gəlir. Onlar Qusarın gözəlliyinə, təbiət mənzərələrinə heyran qalırlar. Bu gün də Qusar şəhəri ərazisində, eləcə də rayon mərkəzindən “Şahdağ” Turizm Mərkəzinə gedən yolda yeni yaşıllıqlar salınır. Bu, illər sonra da minnətdarlıqla xatırlanacaq gözəl bir təşəbbüsdür. Bu nəcib təşəbbüsə görə Mehriban xanım Əliyevaya təşəkkür edirik.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qusar rayon ziyalısı Qalib Babayev söyləyib.

Qalib Babayev bildirib ki, Mehriban Əliyevanın irəli sürdüyü bütün təşəbbüslər millətin rifahına, dövlətin və dövlətçiliyin möhkəmlənməsinə istiqamətlənib. “Azərbaycanda ətraf mühit və onun mühafizəsinə xüsusi diqqət yetirilir. Baxın, burada yüzlərlə insan könüllü ağacəkmə aksiyasına qoşulub. Hamı da böyük həvəslə çalışır. Mən özüm bir neçə ting əkdim. Böyük zövq aldım. Bu fidanlar böyüdükcə, yaşıllaşdıqca Mehriban xanımın təşəbbüsünün ekoloji mühitin qorunması baxımından nə qədər xeyirli olduğunu görəcəyik”, - deyə Qalib Babayev söyləyib.