30 aprel 2020 11:07
2464

Rac Kapurun oğlu xərçəngdən öldü

Məşhur hind aktyoru və rejissoru Rac Kapurun oğlu, aktyor Rişi Kapur 68 yaşında dünyasını dəyişib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor ABŞ-da xərçəng əleyhinə müalicə aldıqdan sonra sentyabr ayında Hindistana qayıdıb.

O, fevralda səhhətinin pisləşməsi ilə əlaqədar iki dəfə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Rişi Kapur "Bobbi", "Dəlisov məhəbbət", "Om Şanti Om" və digər filmlərdə rol alıb.