13 avqust 2020 11:08
3067

Radiasiya deyildiyi qədər təhlükəlidirmi?

Uşaqlıqdan radiasiyanın zərərləri barədə eşidirik, Xirosima və Naqasaki, Çernobıl haqqında məlumatlıyıq. Eşitmişik ki, radiasiya xərçəng xəstəliyinə, şüa xəstəliklərinə və müxtəlif mutasiyalara səbəb olur. Tibbi rentgen cihazına da radiasiya səbəbindən daha az getməyə çalışırıq. Əslində isə bizi gündəlik olaraq, radioaktiv şüalanma əhatə edir, hansı ki bizə praktiki olaraq heç bir zərəri toxunmur. Belə çıxır ki, hər bir radiasiya mənbəyinin “radiasiyası” da fərqlidir. Aşağıda radiasiya ilə bağlı yeni məlumatlar əldə edə bilərsiniz:

Sualtı nüvə qayıqlarının göyərtəsində mənzillərimizdən daha aşağı radioaktiv şüalanma var.

Təbii qranit daşı yüksək radioaktivliyə malikdir. Ona görə də tikintisində qranitdən istifadə olunan binalarda radiasiya anomal dərəcədə yüksək olur.

Çernobıl ətrafındakı qadağan olunmuş zonada radiasiyaya heç bir canlı uyğunlaşa bilməsə də, orada “Cryptococcus neoformans” göbələkləri rahat böyüyürlər.

Ciddi siqaret aludəçisinizsə bilin ki, il ərzində tütün tüstüsü ilə 300 rentgen müayinəsi ekvivalentinə bərabər dozada radiasiya qəbul etmiş olursunuz. Tütündə radioizotoplar vardır.

Banan sevənsinizsə, bilməlisiniz ki, təxminən 10 banan bir ovuc uran qədər radioaktivliyə malikdir.

Müntəzəm olaraq avia xətdə olan pilot və stüardessalar atom elektrik stansiyası işçilərindən daha çox radiasiyaya məruz qalırlar. Ona görə də qərbdə onları radiasiya şərtləri altında işləyən işçilər siyahısına daxil edirlər.

Amerikada “Manhetten” layihəsi üzrə nüvə silahı istehsalı zamanı insanlar üzərində amansız təcrübələr aparıldı. Belə ki, radiasiyanın insanlara təsirini araşdırmaq üçün uşaqlara radioaktiv sıyıqlar yedirtdilər. Təcrübədə çox sayda almaniyalı nasist alim iştirak edirdi. Bu layihədə iştirak edən Albert Stivens adlı şəxs radiasiya izotopları olan inyeksiyalar qəbul etsə də, çox uzun ömür sürdü. O, təcrübədən sonra 20 il sağlam yaşadı.

Məşhur Maria Curie Skladovskaya radiumu kəşf etdikdə pərəstişkarları bu elementi diş pastasından konfet istehsalına qədər hər şeydə istifadə etməyə başladılar. Bunun o zaman istehlakçılarda hansı sağlamlıq problemlərinə səbəb olması məlum deyil.

Kömür güclü radioaktiv fona malik maddədir. Deyilənə görə, kömür hasilatı obyektlərinə yaxın rayonlarda yaşayan insanlar atom elektrik stansiyalarına yaxın yaşayanlardan daha çox radiasiyaya məruz qalırlar.

Amerika təəccübləndirməkdə davam edir. Belə ki, ötən əsrin ortalarında oyuncaq bazarında “Hilbert U-238 atom enerjisi laboratoriyası” adlı uşaq oyuncağı sərbəst şəkildə satılırdı. Onun daxilində heç də uşaqlara uyğun olmayan uran maddəsi var idi.

Köhnə televizorlar da radiasiya yayırlar. Onları evlərdə saxlamaq düzgün sayılmır.

Yüksək arsen tərkibli tullantılar insan üçün nüvə tullantılarından daha təhlükəlidir.

Gündəlik müxtəlif növ radiasiya şüaları ilə qarşılaşsaq da, narahat olmağa lüzum yoxdur. Onların çoxu zərərsizdir. Zərərli olan rentgen şüaları, qamma şüaları və s.-dir.

Nubar Süleymanova, “İki sahil”