15 mart 2019 10:31
78

Radikal qruplara qarşı mübarizədə beynəlxalq metodlar öyrədilib

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) və “PH International”ın təşkilatçılığı ilə martın 13-də Bakı şəhərində “Yerli icmaların imkanlarının artırılması təşəbbüsləri” adlı layihə çərçivəsində müxtəlif sosial qrupların təmsilçiləri üçün təlim proqramı başa çatıb. Bundan əvvəl keçirilən təlimlərdə olduğu kimi, layihənin təsir dairəsini genişləndirmək məqsədi ilə müxtəlif qrupların təmsilçilərinin, o cümlədən təhsil sektorunda çalışanların, gənc fəalların, media və vətəndaş cəmiyyət nümayəndələrinin iştirakı təmin edilib.

Təlim “PH İnternational” təşkilatının radikal ekstremizmlə mübarizədə müasir yanaşma üzrə təlimlərinin iştirakçıları olmuş İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşları Əhməd Əlili və Rəşad Həsənov tərəfindən keçirilib. Bununla yanaşı, bu istiqamətdə mübarizə siyasətini həyata keçirən bütün qurumlar və steykholderlər bu modellərdən istifadə etməklə yol xəritəsi hazırlaya və problemi kökündən həll etmək üçün müxtəlif istiqamətli fəaliyyətləri paralel olaraq həyata keçirə bilərlər.

Xatırladaq ki, müvafiq layihə üzrə təlimlər təkcə paytaxt Bakıda deyil, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunda da paralel olaraq təşkil edilib.

Sonda iştirakçılara “PH  İnternational”ın və CESD-nin beynəlxalq sertifikatı verilib.

Mənsumə Babayeva, “İki sahil”