Rafet El Romandan qalmaqalla boşanan Tuğba Altıntop iştirak etdiyi televiziya verilişində maraqlı açıqlamalar verib.
Altıntop “Qismətdə varsa, Rafetlə yenidən evlənərik” deyib.
Keçmiş model Tuğba bir müddət qanlı-bıçaq olduğu keçmiş əri Rafet El Romanla yenidən evlənəcəyi barədə ipucu verib:
“Rafet subay, mən də subayam. Hər şey ola bilər. Allah 1995-ci ildə taleyimizə evlənmək yazmışdı, evləndik. Yenə yazıbsa, yenə də evlənərik. Taleyimizdə varsa, o kitabı bir daha oxuyacağıq. Qızlar evlənməyimizi çox istəyirlər. Rafet yenidən evlənmək təklifi etsə, qəbul edib-etməyəcəyimi bilmirəm. Hər halda qızlarımdan soruşaram”.
Tuğba bundan başqa “14 fevralda sürprizimiz olacaq. Nə olduğunu deməyəcəm. Gözləyin, görəcəksiniz” deyib.