Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
25 sentyabr 2020 16:31
309

Ramil Həsən Ucarın Müsüslü kəndində seçicilərlə görüşüb - FOTO

Milli Məclisin deputatı Ramil Həsən Ucar rayon Müsüslü kənd orta məktəbinin izibati binasında Müsüslü, Təzə Şilyan, Pirkənd, Küçəkənd və Qaracallı kənd sakinlərindən ibarət seçicilərlə görüşüb.

 Vətəndaşlar tərəfindən qaldırılan problemlərdən içməli su təchizatı, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər, şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdəndir. Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlərlə bağlı ölkə rəhbəri cənab İlham Əliyevin vətəndaşların diqqət və qayğısına qalınması çağırışları Milli Məclisin deputatı Ramil Həsən tərəfindən yol xəritəsi olaraq qəbul edilmiş və vətəndaşların hər bir təklif və tələbi diqqətlə dinlənilərək qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qrumlara göndərilərək nəzarətdə saxlanılacaq.

R.Həsən seçicilərə görüşdə göstərdikləri səbrli və xoş münasibətə görə təşəkkürünü bildiririb.

Orxan Vahidoğlu, “İki sahil”