08 avqust 2019 13:28
1272

"Rayon toylarına necə gedim?" - Röyadan maraqlı açıqlama - VİDEO

Əməkdar artist Röya Ayxan açıqlaması ilə müzakirələrə səbəb olub.

"İki sahil" Axşam.az-a istinadən xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) müğənninin videosunu sosial şəbəkədə yayımlayıb. Röya Tolikin suallarını cavablandıraraq, rayon toylarına getmədiyini deyib.

"Bayağı mahnılar çoxdur, bəyənən də, bəyənməyən də var. Ən böyük hakim xalq, yoxsa müğənnilərdir" sualına belə cavab verib:

"Xalq məni sevmir guya? Bəs, mən necə gedim rayon toylarına? Necə onların yanında olum? Onlar ona güvənir, gücü çatır. Biz rayonlara getsək, oxusaq, mahnılarımız seçilməyəcək. Bayağı nəyə deyirsiz?"

Əməkdar artist Abbas Bağırov isə "Mahnıları hind tərzində oxunan bütün musiqilər bayağıdır. Bizim milli notlarımız var" deyərək, söhbətə müdaxilə edib.