12 avqust 2020 12:14
1704

Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir?

Avqustun 11-də Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" qərarına dəyişiklik edib. Açıq havada olan kafe və restoranların gələn həftədən açılması gözlənilir. Eyni zamanda rayonlara gediş-gəliş də bərpa edilə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin" (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, hazırda rayonlara gediş-gəliş məsələsi müzakirə olunur:

"Bununla bağlı qərar qəbul edilərsə, bu barədə brifinqdə məlumat veriləcək. Ümumiyyətlə rayonlara gediş-gəlişə icazə verilməsi ilə bağlı qərarı Operativ Qərargah verir".