03 mart 2020 15:52
2124

Real şəraitdə ərazinin kəşfi aparılıb

Genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsinin tələblərinə uyğun olaraq döyüş tapşırıqlarının dəqiqləşdirilməsi və mövcud döyüş vəziyyətinin qiymətləndirilməsi məqsədilə real şəraitdə  ərazinin kəşfi aparılıb.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin senarisinə əsasən vəzifəli şəxslərin məruzələrini dinləyib. Təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar aydınlaşdırılıb.