14 oktyabr 2019 15:04
793

"Real"ın futbolçuları Uels - Xorvatiya oyununda zədələndi

İspaniyanın "Real" klubu ciddi itkilərlə üzləşib.

"İki sahil" Komanda.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisinin futbolçuları - Luka Modriç və Qaret Beyl zədələnib. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Modriç və Beyl Uels - Xorvatiya oyununda (1:1) zədələnib. Uels millisinin kapitanı Beyl oyunun sonlarında axsasa da, əvəzetmə limiti dolduğu üçün meydanda qalıb. Modriç isə qarşılaşmanın 90-cı dəqiqəsində Milan Badeliylə əvəzlənib.

Hər iki futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.