18 noyabr 2019 17:19
720

"Real"ın hücumçusu "Roma"nın hədəfində

"Real"ın hücumçusu Mariano Dias karyerasını İtaliyada davam etdirə bilər.

"İki sahil" Goal.az-a istinadən xəbər verir ki, Roma 26 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq niyyətindədir. Yayda futbolçunun keçidini həll etmək istəyən "canavarlar" yanvar ayında yenidən Madrid klubu ilə danışıqlara başlayacaq.

"Real"ın prezidenti Florentino Peres yanvarda Diası 20 milyon avro müqabilində satmağa razı olsa da, "Roma" hücumçunu ilk olaraq icarəyə götürmək, yayda isə birdəfəlik transfer etmək niyyətindədir.

Qeyd edək ki, 2018-ci ildən "Real"ın şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.