Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.
TƏBİB-dən verilən məlumata görə, hazırda reanimasiya şöbəsində 213 nəfər müalicə alır.
Xəstələrdən 44 nəfəri isə süni tənəffüs cihazına qoşulub.
Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2146 nəfərdir.