16 avqust 2019 15:58
706

Rəqibi "Qarabağ"la oyunlar üçün beş hücumçu sifariş edib

Şimali İrlandiyanın "Linfild" komandası Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəyi oyunlar üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Devid Hili heyətə 25 futbolçu – 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçu daxil edib. Onlardan 5-i legionerdir.

Qapıçılar: 1. Roan Ferqyuson (Şotlandiya), 35. Qaret Din, 40. Aleks Mur

Müdafiəçilər: 2. Mark Stafford, 3. Ross Larkin (İrlandiya) 4. Coşua Robinson, 6. Cimmi Kalleçer, 16. Metyu Klark, 23. Rayan Makqivern, 31. Nayal Kuinn, 47. Kris Keysment

Yarımmüdafiəçilər: 8. Bastyan Eri (Fransa), 9. Cel Kuper, 12. Kerk Millar, 17. Daniel Kirns (İrlandiya), 20. Stiven Fellon, 22. Ceymi Malqryu, 27. Endryu Mitçel, 48. Tray Ham, 50. Çarli Allen

Hücumçular: 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 14. Şeyn Leyveri (İrlandiya), 15. Lokran Ford, 28. Den Reynolds 

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində ilk oyununu avqustun 22-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək. Şimali İrlandiyadakı matç Bakı vaxtı ilə saat 22:45-də, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 20:00-da başlayacaq.