07 iyul 2020 13:34
1073

Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçusunu açıqladı

"Qarabağ" klubunun və milli komandanın sabiq kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirib. 

“İki sahil" xəbər verir ki, bu barədə "Report"a 38 yaşlı keçmiş müdafiəçinin özü açıqlama verib. Sadıqov "Keşlə"nin yarımmüdafiəçisi Sezar Meza Kollini fərqləndirib.  O, iyunun 27-də "Report"un "Instagram" səhifəsində canlı yayımda sualları cavablandırdığı vaxt mövsümün futbolçusunu seçməkdə çətinlik çəkdiyini etiraf etmişdi. 

R.Sadıqov koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılan 2019/2020 mövsümünün ardından futbolçu karyerasını başa vurub. 

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi "Report"un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda "Keşlə"də çıxış edən Cavid İmamverdiyev 2017/2018, "Neftçi"nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib. 2019/2020 mövsümünün ən yaxşı futbolçusunun adına isə yaxın günlərdə aydınlıq gələcək.