15 may 2019 13:42
515

Respublika fənn müsabiqələri keçiriləcək

Mayın 19-da ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında V Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən bildiriblər ki, müsabiqələr fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə təşkil olunacaq. Müsabiqələrdə iştirak üçün 26 min 438 şagird qeydiyyatdan keçib. Fənn müsabiqələrinin yekun (respublika mərhələsinin) nəticələrinə əsasən, yeni tədris ili üçün beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması nəzərdə tutulur.

Məktəblilərarası fənn müsabiqəsi ilk dəfə 2015-ci ildə 972 şagirdin iştirakı ilə keçirilib.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizədlərin müəyyən edilməsindən ibarətdir.