25 yanvar 2020 13:19
1411

Rikardo Quaresma bir saatda 300 min TL xərclədi

Portuqaliyalı futbolçu Rikardo Quaresma və həyat yoldaşı Daphny məşhur bir ticarət mərkəzində bir saatlıq alış-veriş ediblər.

“İki sahil” xəbər verir ki, həyat yoldaşı Daphnyə və ailəsinə qarşı xüsusi münasibəti ilə tanınan Rikardo Quaresma 300 min lirə alış-veriş etdikdən sonra paketlərinin evinə göndərilməsini istəyib.

“Kasımpaşa” formasını geyinən futbolçunun alış-veriş zamanı hər şeyi həyat yoldaşı ilə  məsləhətləşməsi diqqət çəkib.