25 noyabr 2020 15:23
352

Ronaldo bu göstəricidə Messidən geri qalır

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo üçün Çempionlar Liqasında "Ferensvaroş"la oyun (2:1) əlamətdar olub.

"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən görüşdə bir dəfə fərqlənən portuqaliyalı hücumçu bu turnirdə qol vurduğu fərqli klubların sayını 34-ə yüksəldib. O, bu göstəricidə təkcə "Barselona"nın futbolçusu Lionel Messidən (36 klub) geridə qalır.

Qeyd edək ki, Ronaldo bu mövsüm ÇL-də cəmi 2 oyun keçirib. Bu qol onun turnirdə 2020/2021 mövsümündə vurduğu ilk qoldur.