22 yanvar 2020 10:05
1142

Ronaldo yeni mehmanxana açır

Dünya şöhrətli futbolçu Kriştianu Ronaldo öz "İnstaqram" səhifəsində Madriddə yerləşən yeni Pestana CR7 mehmanxanasının şəklini paylaşıb.

“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu futbolçunun sayca üçüncü mehmanxanası olacaq. İlk mehmanxanasını idmançı doğulduğu Portuqaliyanın Madeyra adasında açıb. İkinci mehmanxana isə Vətəninin paytaxtı Lissabon şəhərində yerləşir. Madriddə açılacaq mehmanxananın adı isə Gran Via olacaq.