17 yanvar 2019 11:19
2910

Ronaldo “Yuventus”a Super kuboku qazandırdı VİDEO

İtaliya Super kubokunun finalında “Yuventus” əzəli rəqibi “Milan”la üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən final qarşılaşması “Yuventus”un 1:0 hesablı qələbəsilə başa çatıb. 

Oyunda yeganə qolu matçın 61-ci dəqiqəsində portuqalı ulduz futbolçu Kriştiano Ronaldo vurub. Bu qələbə ilə “Yuventus” 8-ci dəfə İtaliya Super kubokunu qazanıb.