08 iyul 2020 10:39
3179

Ronaldo sevgilisinə: Dünyanın ən gözəl qadını 

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldonun sevgilisi, tanınmış model Corcina Rodriges "İnstagram” səhifəsində çimərlik geyimində şəklini paylaşıb.

"İki sahil" xəbər verir ki, portuqaliyalı hücumçu fotoya “Dünyanın ən gözəl qadını” şərhini yazıb.

Qeyd edək ki, dünya şöhrətli 35 yaşlı portuqaliyalı futbolçu K.Ronaldo Corcina Rodrigeslə 2016-cı ildən sevgilidir. Cütlüyün Kriştiano Cunior, Eva, Mateo və Alana adlı övladları var.