30 may 2019 11:36
1172

Rövnəq Abdullayev: Bu il Azərbaycanın təbii qaz istehsalı 20 faiz artacaq

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında deyib.

O qeyd edib ki, ötən il ölkədə təbii qaz istehsalının artması nəticəsində idxal tamamilə dayandırılıb. Bu il isə qaz hasilatında 20 faiz artım gözlənilir.