"“Əşrəfi”-“Dan ulduzu”-“Aypara”, “Şəfəq”-“Asiman” və Abşeron yarımadası ətrafında dayaz sulu sahələrdə də axtarış-qazma işlərinə başlamağı nəzərdə tuturuq".
"İki sahil" xəbər verir ki, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
"Yeni yataq və strukturlarla yanaşı, artıq işlənmədə olan yataqlarda daha məhsuldar lay və horizontların açılması və mənimsənilməsi də diqqət mərkəzindədir. Qazma bölmələrimiz artıq 6000 metr və daha böyük dərinlikdə, anomal təzyiq və temperaturlu quyularda yüksək texnoloji tələblər səviyyəsində əməliyyatları uğurla həyata keçirirlər"-deyə, R. Abdullayev vurğulayıb.