24 iyun 2019 16:13
1314

Rövnəq Abdullayev Ukrayna Milli İnvestisiya Şurasına üzv olub

Ukrayna prezidenti Vladimir Zelenski Milli İnvestisiya Şurasının tərkibinə dəyişikliklər daxil edərək özünü sədr təyin edib.

V. Zelenski bununla bağlı iyunun 21-də müvafiq fərman imzalayıb.

Həmçinin Şuraya öz razılıqları ilə iri beynəlxalq şirkətlər və bank təşkilatlarının prezidentləri, baş direktorları və idarə heyətlərinin sədrləri daxildir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev də Ukrayna Milli İnvestisiya Şurasına üzv olub. (İnterfaks)