27 sentyabr 2020 19:07
927

Rufiz Qonaqov: Böyük zəfərin ilk günü

"Sentyabrın 27-də səhər saatlarından işğalçı və terrorçu Ermənistan bütün cəbhə boyu yeni təxribatlara əl ataraq, dinc əhalimizi və mövqelərimizi atəşə məruz qoymuşdur. Nəticədə dinc insanlar, Ordumuz içərisində yaralanan və şəhid olanlar olmuş, dağıntılar baş vermişdir."

Bu fikirləri "İki sahil"ə açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rifiz Qonaqov deyib. 

R.Qonaqov bildirib ki, düşmənin növbəti təxribatlarına cavab olaraq, Ali Baş Komandan, cənab  Prezident İlham Əliyevin əmri ilə Milli Ordumuz əks hücuma keçmiş, terrorçu və işğalçı Ermənistan silahlı birləşmələrini ciddi itkilərə məruz qoyaraq,  ərazilərimizi işğaldan təmizləməyə başlamışdır: "Bu gün baş verən təxribatlar bir daha sübut etdi ki, Ermənistan işğalçı və terrorçudur. Azərbaycan antiterror əməliyyatları keçirərək öz ərazisini düşməndən müdafiə və və azad edir.
Beləliklə də, şanlı Ordumuz bütün cəbhəboyu irəliləməkdədir. Bu möhtəşəm qələbə xəbərləri hər birimizi sevindirir və inanırıq ki, tezliklə biz bütün Qarabağımızı geri alacayıq. Biz bu gün böyük zəfərin ilk gününü yaşayırıq."

Orxan Vahidoğlu,
"İki sahil"