16 yanvar 2021 19:58
923

Rumıniyada yoluxma sayı yenidən artır

Rumıniyada koronavirusa yoluxanların sayı 691 min 488 nəfərə çatıb. “İki sahil” Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 3 min 218 yeni yoluxma hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin sayı 17 min 164 nəfərdir, 620 min 58 nəfər sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.