19 fevral 2019 16:51
655

Rumıniyanı “Eurovision 2019”da Ester Peony təmsil edəcək

Rumıniyanı “Eurovision 2019” mahnı müsabiqəsində bəstəkar-müğənni xanım Ester Peony təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, o, müsabiqəyə “On a Sunday” mahnısı ilə qatılacaq. Müsabiqə üçün keçirilən milli seçimlərdə ifaçı 65 bal toplayıb. Uzun müddət Monrealda yaşayan müğənninin əsl adı Aleksandra Kretsudur. İnternetdə bir neçə mahnısı paylaşdıqdan sonra o, rumın musiqi evi ilə saziş bağlayıb və tezliklə məşhurlaşıb.