31 may 2020 16:12
1045

Rus turistlərin ruhu Türkiyədədir - FOTO

Son xəbərlərə görə, koronavirusun yeni növü (COVİD-19) səbəbiylə tətbiq olunan məhdudiyyətlərə baxmayaraq rusiyalı turistlər Türkiyədə tətil planları hazırlayırlar.

“İki sahil” xəbər verir ki, Rusiya qəzetində çap olunan “Rus turistlərin ruhu Türkiyədədir" başlıqlı xəbərə görə, COVİD-19 səbəbi ilə görülən karantin tədbirlərinə baxmayaraq rusiyalı turistlərin tətil planları var.

Xəbərə görə, “Travelata” turizm agentliyinin saytı üzərindən bu ay ərzində araşdırmalar edən rusiyalı turistlərin 43 faizinin seçimi Türkiyə olub. Rusiya isə burada tətil etməyi seçənlər üçün 28 faiz nisbətində ən çox axtarılan ikinci ölkə olub.

Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy bir müddət əvvəl verdiyi açıqlamada iyunun ortalarından sonra bəzi ölkələrdə xarici turizmin başlanacağının gözlənildiyini söyləmişdi.

Qeyd edək ki, Rusiya keçən il Türkiyəyə ən çox ziyarət edilən ölkə olaraq 7 milyon 17 min 657 ziyarətçi  ilə sıralamada ilk sırada yer alırdı.