06 aprel 2020 14:23
1218

Rüştü Reçber xəstəxanadan buraxıldı

Koronavirusa yoluxmuş Türkiyə millisinin sabiq futbolçusu Rüştü Rəçbər xəstəxanadan buraxılıb. 

"Report"un "NTV Spor"a istinadən verdiyi məlumata görə, veteran qapıçı müalicəsinə evində davam edəcək.  

Qeyd edək ki, Rüştü Rəçbərdə koronavirusun simptomları martın 29-da aşkarlanıb.