20 sentyabr 2020 19:43
830

Rusiya daha 4 ölkə ilə uçuşları bərpa edir

Rusiya Belarus, Qazaxıstan, Qırğızıstan və Cənubi Koreya ilə hava əlaqələri bərpa edir.

Bu barədə Rusiyanın Baş Naziri Mixail Mişustin qərar imzalayıb.

Qərara əsasən, sentyabrın 21-dən Belarus, Qazaxıstan və Qırğızıstanla aviareyslər bərpa olunacaq. Cənubi Koreyaya uçuşlar isə sentyabrın 27-dən etibarən həyata keçiriləcək. //Azvision.az