28 yanvar 2021 17:20
894

Rusiya əhalisi kəskin azalıb

2020-ci ildə Rusiyanın əhalisi 510 min nəfər azalıb.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Federal Dövlət Statistika Xidməti açıqlayıb. 2021-ci il yanvarın 1-nə əsasən, ölkə əhalisi 146 milyon 238 min təşkil edib.

Xidmətin məlumatına görə, sonuncu dəfə bu cür azalma 15 il öncə qeydə alınıb. Belə ki, 2005-ci ildəki 143,8 milyon əhali sayı 2006-cı ildə 143,2 milyona enib.

2007-2009-cu illərdə əhali sayı 142,7 milyona düşüb və 2010-cu ildən başlayaraq qurum bütövlükdə illik artım qeydə alıb. Beləliklə, 2012-ci ilə qədər əhali 143 milyona, 2014-cü ilə qədər 143,7 milyon, 2015-ci ildə isə artıq 146 milyonu ötüb. 2017-ci ildən bu yana bu rəqəm 146,8 milyonun altına düşməyib. İlk kəskin azalma 2021-ci ildə qeydə alınıb.