10 avqust 2020 15:00
739

Rusiya futbolunda qalmaqal - VİDEO

Rusiya futbolunda növbəti qalmaqal yaşanıb.

“İki sahil” xəbər verir ki, yeni mövsümün ilk turunda "Soçi"ni qəbul edən "Spartak" (2:2) hakim haqsızlığı ilə üzləşib. 2:0 hesabı ilə öndə olan Moskva təmsilçisi qapısına təyin olunan iki mübahisəli penalti səbəbindən xal itirib. Oyundan sonra klubun sahibi Leonid Fedun "Spartak"ın çempionatdan çıxacağını bəyan edib: "Bu klounadada iştirak etmək istəmirəm".

Sports.ru saytının yaydığı məlumata görə "Spartak" - "Soçi" matçının baş hakimi Vasili Kazarsev hakimlikdən uzaqlaşdırılıb.

Xatırladaq ki, "Spartak" rəhbərliyi ötən mövsümün gedişində də dəfələrlə hakimlikdən narazılığını bildirmişdi.