28 fevral 2020 18:00
1813

Rusiya Türkiyəyə başsağlığı verib

Rusiya tərəfi türk hərbçilərinin Suriyada həlak olması ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, rəsmi Moskva İdlibdə sabitliyi qoruyan türk əsgərlərinin təhlükəsizliyinin təmin olunması üçün əlindən gələni əsirgəmir və Rusiya hərbçiləri bu işi davam etdirməyə hazırdırlar.