22 yanvar 2019 16:52
427

Rusiyada bombardmançı qəzaya uğradı: 2 ölü, 2 yaralı

Rusiyanın Murmansk vilayətində Tu-22M3 bombardmançısı qəzaya uğrayıb.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, ekipajın iki üzvü həlak olub, daha iki nəfər yaralanıb.

Təyyarə döyüş sursatı olmadan plan uçuşu həyata keçirirdi.

Müdafiə idarəsindən verilən məlumata görə, qasırğalı küləklə müşayiət olunan çox intensiv qar qəzanın səbəbi olub.

Qeyd edək ki, “Tu-22M3” uzaq ağır səsdən surətli bombardmançıdır. Sovet vaxtında yaradılan təyyarə bir neçə dəfə müasirləşmə məruz qalıb.