11 avqust 2020 12:39
529

Rusiyada daha 130 nəfər koronavirusdan ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 897 min nəfəri keçib.

Ölkədə son sutka ərzində 4 945 nəfər virusa yoluxub, 130 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 897 599 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 15 131 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 703 175 nəfər virusdan sağalıb, 179 293 nəfərin müalicəsi isə davam edir. //Trend