23 mart 2020 11:54
1896

Rusiyada koronavirusa daha 71 yoluxma halı aşkarlanıb

Rusiyada ötən sutka ərzində koronavirusa 71 yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazir Mixail Mişustin məlumat verib.

Beləliklə, Rusiyada COVID-19 infeksiyasına yoluxmuş xəstələrin sayı 437 nəfərə çatıb. İndiyədək 16 xəstə sağalıb, 52 min nəfər nəzarət altındadır.