10 avqust 2020 14:19
859

Rusiyada kütləvi peyvəndlənmə aparılacaq

Rusiya Prezidenti Vladimir Putin hökumətə əhalinin kütləvi peyvəndlənməsi üçün dövlət büdcəsindən maliyyə ayrılmasını tapşırıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, payız və qışda ümumi əhalinin 60 faizinin və risk qrupuna daxil olanların 75 faizinin dövlət hesabına qrip peyvəndi edilməsi planlaşdırılır.

Həmçinin, kəskin respirator infeksiyaların qarşısının alınması tədbirləri çərçivəsində preparatların dövlət qeydiyyatı aparıldıqdan sonra koronavirusa qarşı da peyvəndləmə nəzərdə tutulub.