30 may 2020 19:23
875

Rusiyada ötən gün 8952 nəfər koronavirusa yoluxub

Ötən gün Rusiyada 8 min 952 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

Gün ərzində 181 xəstə vəfat edib. Yoluxanların 2367 nəfəri Moskva sakinidir.

Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 396 min 575 nəfərə çatıb, indiyədək bu xəstəlikdən 167 min 469 nəfər sağalıb, 4555 xəstə vəfat edib. //AZƏRTAC