15 yanvar 2019 19:12
291

Rusiyada qəzada yeddi nəfər yanaraq ölüb

Rusiyanın Voronej şəhəri yaxınlığında baş vermiş avtomobil qəzasında yeddi nəfər yanaraq ölüb.

Rusiya DİN Voronej vilayəti üzrə İdarənin məlumatına görə, dekabrın 15-də günorta saatlarında “Lexus” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşı yola çıxıb və “Toyota Land Cruiser Prado” və “Mitsubishi Pajero” markalı avtomobillərlə toqquşub. Nəticədə avtomobillər alışıb, nəqliyyat vasitələrində olan sürücülər və sərnişinlər yanaraq ölüblər.

Hadisə yerində təhqiqat aparılır.