13 yanvar 2021 23:45
237

Rusiyalı politoloq: Yeni logistika yolları sərfəli olacaq

"Yeni logistika yolları Azərbaycandan keçəcəyi üçün bu, həm Azərbaycana, həm Rusiyaya, həm də Ermənistana sərfəli olacaq. Bütün bu infrastruktur layihələri iqtisadi inkişafa müsbət təsir göstərəcək, çünki yeni yolların salınması bu yolların keçdiyi yerlərə investisiya axını və biznesin inkişafı deməkdir".

“İki sahil” xəbər verir ki, bunu rusiyalı politoloq Darya Qrevtsova Trend-ə açıqlamasında deyib.

Politoloq əlavə edib ki, işçi qrupu bir neçə məsələni həll etməlidir: "İlk növbədə, xəritədə bu yolların keçəcəyi yerlər və onların tikintisinin landşaft baxımından çətinlik səviyyəsi müəyyən edilməlidir. İkincisi, yolları tikəcək əsas podratçılar, Rusiya, Azərbaycan, Ermənistan və ya Türkiyə şirkətləri müəyyən olunmalıdır. Üçüncüsü isə kimin hansı xərcləri qarşılayacağı təyin edilməlidir. Bu, o qədər də asan olmayacaq, çünki bunun üçün əhəmiyyətli maliyyə vəsaiti tələb olunacaq".