16 sentyabr 2019 17:45
733

Rusiyalı yazıçı Azərbaycanda şərabçılıqla bağlı yeni kitab yazıb

Azərbaycana mədəniyyətinə və adət-ənənələrinə aşiq olan rusiyalı yazıçı, ictimai xadim, biznes-ledi Mariya Suvorovskaya oxucularını heyrətləndirməyə davam edir. "Xəzər üzərində yelləncək" kitabı ilə populyarlıq qazanan yazıçı, cari ilin dekabrında "Üzümlüyün yanındakı ev" adlı yeni kitabı ilə oxucuların görüşünə gələcək. Əsər Azərbaycanda şərabçılıqla bağlıdır.

AZƏRTAC xəbər verir ki, kitabla bağlı məlumat verən Mariya Suvorovska Azərbaycanda şərabçılığın inkişaf etdiyini deyib. O qeyd edib ki, Azərbaycan şərabları dünyada və Rusiyada çox sevilir.

Kitabın dekabr ayında mağazalara və elektron qaynaqlara yerləşdiriləcəyini deyən M. Suvorovska əlavə edib ki, Bakıda, “Əli və Nino” şəbəkəsində və Bakı Kitab Mərkəzində “Xəzər üzərində yelləncək” adlı kitabı oxucular tərəfindən həvəslə alınır.