16 avqust 2019 19:52
718

Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib

Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri və İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 16-da vətənə yola düşüb.